1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
İslamiada: Türkmənistan 130 nəfərlə gəldi
Türkmənistan Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına 130 nəfərlik heyətlə gəlib.
Sportnet.az-ın məlumatına görə, bu barədə ölkənin idman komitəsindən "Turkmenportal”a bildiriblər.
Türkmənistan idmançıları 12 növdə - voleybol (kişilər), boks, tennis, ağırlıqqaldırma, cüdo, güləş (sərbəst və yunan-Roma), üzgüçülük, 3x3 basketbol, atletika, taekvondo, uşu və karate üzrə yarışlarda mübarizə aparacaqlar.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 – 22 mayda keçiriləcək. Lakin mayın 8-dən etibarən futbol və həndbol yarışlarına start verilib.