1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rusiya Rio-2016-dan uzaqlaşdırıla bilər
Rusiyanın 2016-cı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından uzaqlaşdırılması istisna edilmir. Sportnet.az-ın məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax Almaniyada çıxan "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Rusiya idmançıları ilə bağlı "dopinq proqramı"nın mövcudluğu təsdiqini taparsa, Rusiya "Rio-2016"da iştirakdan uzaqlaşdırılacaq. İOC prezidenti deyib ki, rusiyalı atletlərin olimpiadada iştirakı Ümumdünya Antidopinq Agentliyinin (WADA) araşdırmasının nəticələrindən asılıdır: "Dopinq sisteminin mütəşəkkilliyi və miqyası təsdiqlənsə, beynəlxalq federasiyalar və İOC kollektiv məsuliyyət və fərdi ədalət haqda mürəkkəb qərarı qəbul etməyə məcbur olacaq".
Qeyd edək ki, ABŞ-ın Ədliyyə Nazirliyi Rusiya idmançılarının dopinq qəbul etməsi haqda araşdıma başlatıb. "New York Times" ABŞ hakimiyyətinin rusiyalı məmurlara qarşı dələduzluq maddəsi ilə cinayət işi aça biləcəyi xəbərini yayıb.