Yunan-Roma növü üzrə Azərbaycan güləş yığmasının üzvü Sabah Şəriəti ilkə imza atıb. Sportnet.az-ın məlumatına görə, millimizə "Rio-2016" Yay Olimpiya Oyunlarında bu növdə ilk medalı qazandıran 27 yaşlı iranlı legioner eyni zamanda çəkisində fərqlənib.
Belə ki, 130 kq-da çıxış edən Şəriəti olimpiada tarixində ən ağır çəkidə mükafat qazanan idmançımız olub. Bunadək ən ağır çəkidə medalçılarımız cüdoçular Mövlud Mirəliyevlə Elmar Qasımovla idilər. Mirəliyev 100 kq-da "London-2012"də bürünc, Qasımov isə "Rio-2016"da həmin çəkidə gümüş medalçı olub.
Azərbaycanın olimpiadada yunan-Roma növündə yeganə bürünc medalçısı bunadək ən ağır çəkili idi. Bu, "London-2012"də 74 kq-da çıxış edən Emin Əhmədov olub. Ümumiyyətlə, güləşdə ən ağır çəkili isə Xetaq Qazyumov idi. Rusiyadan cəlb olunan legioner son 2 olimpiadada 96 kq-da bürünc medalçı olub.
Xatırladaq ki, Şəriəti ötən il Bakıda keçirilən I Avropa Oyunlarında da mükafatçı - gümüş medalçı olub.
Mehman Süleymanov