1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamranın qaçırdığı tarixi şans
"Qəbələ" İdman Klubunun boksçusu Kamran Şahsuvarlı tarixi şansı qaçırıb. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı idmançı Azərbaycanın Olimpiadada boksda ən yüksək göstərən təmsilçisi kimi tarixə düşə bilərdi.
75 kq çəkidə çıxış edən Şahsuvarlının yarımfinalda qalib gələrək finala çıxması ən azı gümüş medalçı olması demək idi. Ancaq o, kubalı rəqibinə uduzaraq bürünc medalla kifayətlənməli olub.
Bununla da Olimpiya medalçısı olan boksçularımızın hamısının "bürünc"ə sahib olması ənənəsi davam edir. Bunadək "Sidney-2000"də Vüqar Ələkbərov (75 kq), "Afina-2004"də Fuad Aslanovla (48 kq) Ağası Məmmədov (51 kq), "Pekin-2008"də Şahin İmranov (57 kq) və "London-2012"də Teymur Məmmədovla (91 kq) Məhəmmədrəsul Məcidov (+91 kq) 3-cü yeri tutub.
Şahsuvarlı Olimpiya mükafatçısı olan 7-ci boskçumuzdur. Onun "Qəbələ"də və yığmada komanda yoldaşı olan Lorenzo Sotomayor da "Rio-2016"da medalı özünə təmin edib. Sadəcə, bu, hələ ki ən azı "bürünc"dür. Milliləşən kubalı boksçumuzun yarımfinaldakı döyüşündən sonra taleyinə aydınlıq gələcək. O, bu gün qalib gələrsə, finala çıxan ilk boksçumuz kimi tarixə nəticəyə imza ataacaq.
Mehman Süleymanov