Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Lorenso Sotomayor yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində çıxış edən kubalı legionerin rəqibi Almaniya ermənisi Artyom Harutyunyan olub.
Görüşü üstün səviyyədə keçirən Sotomayor hər 3 raunddan qalib ayrılıb.
Bununla da Azərbaycan təmsilçisi finala yüksələrək, ölkəmizin boks tarixində ilkə imza atıb. O, ən azı gümüş medalı təmin edən ilk boksçumuz olub. Sotomayor həm də hələ ötən mərhələdə yarımfinala yüksəlməklə, 11-ci medalı təmin edib.
Avqustun 21-də saat 22:00-da başlanacaq final görüşündə Azərbaycan boksçusunun rəqibi Fazliddin Qaibnazarov (Özbəkistan) olacaq.
--------------------------
Azərbaycanın "Rio-2016" Yay OLimpiya Oyunlarında boksda sonuncu təmsilçisi olan Lorenzo Sotomayor tarixi döyüşə çıxacaq. Sportnet.az-ın məlumatına görə, 64 kq çəkidə çıxış edən "Qəbələ"nin təmsilçisi bu növdə olimpiadada ilk finalçımız ola bilər.
Sotomayorun yarımfinaldakı rəqib Almaniyanı təmsil edən erməni Artyom Harutunyan olacaq. Əlsən Kubadan olan Lorenzo qələbə seriyasını davam etdirərsə, Azərbaycan boks tarixində ilk dəfə olimpiadada finalda təmsil olunacaq.
Xatırladaq ki, oksda "Rio-2016"da hələ ki yeganə medalımızı da "Qəbələ"nin təmsilçisi qazanıb. Bu, 75 kq-da bürünc medalçı olan Kamran Şahsuvarlıdır.