1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cəbrayıl Həsənov: "Hakim haqsızlığı ilə üzləşdim"
"Olimpiadada üçüncü yeri tutdum. Əlimdən gələni etdim, istərdim qızıl medal qazanım". Bunu Sportnet.az-a açıqlamasında "Rio-2016"da bürünc medal qazanan Cəbrayıl Həsənov deyib.
74 kq çəkidə çıxış edən sərbəst güləşçi yarımfinal görüşündən danışıb: "Yarımfinalda 3:0 hesabı ilə irəlidəydim. Rəqib güclü idmançı idi. Həm də bir az hakim haqsızlığı ilə üzləşdim. Qismət bu imiş. Sevinirəm ki, ölkəmə medal gətirə bildim".
Qeyd edək ki, C.Həsənov "Rio-2016"-da ilk olaraq 1/8 finalda kolumbiyalı Karlos Arturo İzkueyrdo Mendesi üstələyib. Ardınca Gürcüstan idmançısı Yakob Makaraşvilini məğlub edən azərbaycanlı pəhləvan yarımfinalda rusiyalı Ənvər Geduyevə uduzub. O, bürünc medal görüşündə özbəkistanlı Bekzod Abduraxmanovu məğlub edərək bürünc medal qazanıb.