
İspaniyanın "Barselona" klubu İngiltərə "Liverpul"unun və Uruqvay yığmasının hücumçusu Luis Suaresi almaq istəyir. "Sportnet".az-ın "Football-espana.net"ə istinadən məlumatına görə, kataloniyalılar ingilislərə 35 milyon avro və hücumçu Aleksis Sançesi təklif etməyə hazırdırlar.
Uruqvaylı forvardın müqaviləsində transfer dəyərinin 85 milyon avro təşkil etdiyi göstərilib. Ancaq belə bir bənd də var ki, "Barselona" və ya "Real Madrid"dən təklif gələcəyi təqdirdə, "Liverpul" onu 65 milyon avroya buraxmağa razı olmalıdır.
Qeyd edək ki, Luis Suares ötən mövsüm İngiltərə Premyer Liqasının bombardiri olub. O, dünən İngiltərə yığması üzərində 2:1 hesablı qələbə qazandıqları görüşdə Uruqvayın hər 2 qolunun müəllifi olub.