
DÇ-2014-ün 9-cu oyun günündə II turun daha 3 matçı keçiriləcək. Sportnet.az-ın məlumatına görə, əvvəlcə D qrupunda yer alan İtaliya və Kosta Rika yığmaları üz-üzə gələcəklər.
Hər iki komanda ilk turu qələbə ilə başa vurub. Bu matçda heç-heçə qeydə alınsa, İngiltərə 1/8 final şanslarını tam itirəcək. Matç saat 21:00-da başlanacaq.
Növbəti 2 oyun isə E qrupunu əhatə edəcək. İlk turu qələbə ilə başa vurmuş İsveçrə və Fransa gecəyarısı qarşılaşacaq. Çempionata məğlubiyyətlə başlayan Honduras və Ekvador isə iyunun 21-ə keçən gecə görüşəcək.
Sportnet.az ənənəsinə sadiq qalaraq, hər 3 qarşılaşmadan reportaj təqdim edəcək. Reportajları ONLİNE bölməsində izləyə bilərsiniz...