
Azərbaycanı Avropa Liqasında təmsil edəcək gümüş mükafatçı "İnter" klubu iyunun 10-da bir araya gələcək. Bu barədə Sportnet.az-a klubdan məlumat verilib.
Hazırda komandanın məşqçisi Roman Cəfərov ilə danışıqlar gedir. Razılıq əldə olunacağı təqdirdə Kaxaber Sxadadzedən boş qalan postu Cəfərov təhvil alacaq.
Məlumatda bildirilib ki, komandanın heyətinə "İnter"in əvəzedicilərində çıxış edən gənc futbolçulardan cəlb olunacaq. Legionerlərdən isə Georgi Lomaya və Slavço Georgiyevski hazırda komandanın üzvü olsalarda, lakin onlarla yeni müqavilə imzalanıb-imzalanmayacağı hələki məlum deyil.







































































