1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İngiltərə şokda!
İngiltərə milli komandası DÇ-2014-də 1/8 finala vəsiqə şanslarını itirib. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Roy Hocsonun komandası D qrupundakı ilk iki matçından məğlub ayrılıb.
Kosta Rikanın İtaliyaya 1:0 hesablı qələbəsindən sonra İngiltərənin qrupda ən yaxşı halda 3-cü yeri tuta biləcəyi müəyyənləşib. Hazırda Kosta Rikanın 6, İtaliyanın 3 xalı var. Son turda İngiltərə Kosta Rika ilə, İtaliya isə Uruqvayla qarşılaşacaq. İngiltərə İtaliya ilə xallarını bərabərləşdirsə belə, ilk turda bu rəqibə 1:2 hesabı ilə uduzduğundan, mərhələ adlaya bilməyəcək. Kosta Rika artıq qrup lideri kimi 1/8 finala vəsiqəni təmin edib. İkinci vəsiqə uğrunda isə İtaliya ilə Uruqvay mübarizə aparacaq.
İngiltərə millisi 1994-cü ildən sonra ilk dəfə "pley-off"a vəsiqə qazana bilməyib. Həmin vaxt bu komanda ümumiyyətlə, mundialdan kənarda qalıb. İngiltərə qrup mərhələsindəcə mübarizəni isə 1958-ci il dünya çempionatında dayandırıb.