
"Biz dünya və Avropa çempionatı keçirməyə həmişə hazırıq. Amma hər dəfə Ermənistan yığmasının Bakıya gəlişi ilə bağlı problem ortaya çıxır". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev deyib.
O bildirib ki, Ermənistan tərəfi təhlükəsizlik məsələsini qaldıraraq dmanı siyasiləşdirməyə çalışır: "Halbuki biz bütün ölkələrin təhlükəsizliyini lazımınca təmin edirik. Üstəlik, yarışı elə səviyyədə təşkil edirik ki, heç bir ölkə narazı qayıtmır. Təsadüfi deyil ki, artıq indidən xarici qonaqlar I Avropa Oyunlarına çox yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü bildirirlər".
N.Əliyev AGF-nin dünya güləşinin inkişafındakı rolunu da vurğulayıb. O, təkcə Avropa deyil, dünya ölkələrinin idmançıları üçün hər il treninqlər təşkil etdiklərini xatırladıb. ("Report")










































































