Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarının Açılış Mərasimi başlayıb. Sportnet.az-ın məlumatına görə, əvvəlcə əcnəbi və yerli ifaçılar bir neçə mahnı səsləndiriblər.
Ardından aparıcılar Hüsniyyə Məhərrəmova ilə Murad Dadaşov səhnəyə milli geyimli oğlan və qızları dəvət edib və onlar "Yallı" və Qafqaz xalqlarına xas digər rəqsləri ifa ediblər.
Xalq artisti Alim Qasımovun və "Natiq" ritm qrupunun ifası ilə möhtəşəm xoreoqrafiya nümayiş olunur.
Ardından Azərbaycan Respublikasının dövlət himninin sədaları alıtnda ölkə bayrağı ucaldılıb..
Bakı 2015 I Avropa Oyunlarının məşəlini Olimpiya stadionuna cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev gətirib. Ona taekvandoçu Səid Quliyev müşaət edib.
Ardından Nizamı Gəncəvinin "Xəmsə"sindəki əsərlərdən miniatürlər nümayiş olunub.
Oyunların simvolu olan narın səhnəyə daxil olaraq sülh rəmzi olan şarları havaya buraxılmasından sonra iştirakçı ölkələrin nümayəndələrinin təntənəli keçidi başlayıb.
Azərbaycan millisi meydana çıxıb. Yığmamızın bayraqdarı cüdoçu Elmar Qasımovdur.
Bütün ölkələrin təmsilçiləri meydana daxil olduqdan sonra möhtəşəm atəşfəşanlıq olub.
Daha sonra Ledi Qaqa pianoda "İmagine" mahnısını ifa edib.
Ardından Avropa Olimpiya Komitəsinin bayrağı qitəni təmsil edən 8 olimpiya çempionu, o cümlədən 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qalibi Namiq Abdullayev tərəfindən gətirilib.
Stadion üzərində öküzlə birgə xoreoqrafçının keçidindən sonra rəsmi hissə başlayıb.
"Bakı 2015"in Təşkilat Komitəsinin sədri, Azərbaycanın I xanımı Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin çıxışından sonra Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarını açıq elan edib.
Xalq artisti Alim Qasımov səhnəyə yenidən daxil olaraq, muğam ifa edib. Səhnədə Qobustan qayalıqlarının təsviri canlanıb və "Sarı gəlin" ifa olunub.
Səhnədə canlandırılan alovdan günəş şüaları şölələnib və atəşfəşanlıq elan olunub. Tədbirin yekununda bütün iştirakçılar səhnəyə dəvət olunaraq, azarkeşləri salamlayıblar.
_________________________________________________________________________________________
Bu gün Azərbaycan paytaxtında "Bakı 2015" I Avropa Oyunları start götürəcək. Sportnet.az-ın məlumatına görə, tarixdə ilk dəfə təşkil olunacaq Oyunların açılış mərasimi Bakı Olimpiya Stadionunda saat 20:15-də başlanacaq.

Qitənin 50 ölkəsindən 6000-dən çox idmançı 17 gün ərzində 20 növ üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. Ən çox idmançı ilə Rusiya təmsil olunacaq. Bu ölkənin 359 təmsilçisi çıxış edəcək. Ən az idmançı isə Monakoya məxsusdur - 6 nəfər. Azərbaycan isə bütün növlərdə 291 idmançı ilə təmsil olunacaq. Ən böyük medal dəsti (42) üzgüçülük, ən az medal dəsti (hərəyə 1) isə atletika və çimərlik futbolu növlərində sahibini tapacaq.
Kayak və kanoe yarışları Mingəçevirdəki "Kür" İdman və Avarçəkmə Mərkəzində, qalan növlər üzrə yarışlar isə paytaxtdakı Bakı Atıcılıq Mərkəzi, Dağ Velosipedi Parkı, BMX Veloparkı, Bilgəh Çimərliyi, Bakı Su İdmanı Mərkəzi, Vaterpol Arenası, Basketbol Arenası, Bakı Kristal Zalı, Heydər Əliyev adına İdman Arenası, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı İdman Zalı, Bakı Olimpiya Stadionu və Milli Gimnastika Arenasında təşkil olunacaq. İdmançılar Atletlər Kəndində, jurnalistlər isə Media Kəndində qalacaqlar.
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il ildə Avropa Olimpiya Komitəsinin İtaliyanın paytaxtı Romadakı Baş Assambleyasında çıxarılıb. Bundan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yaradılıb.