
Bakıda Rusiya və Ukrayna idmançıları arasında dava düşməsinə dair xəbərlər həqiqətə uyğun deyil. Sportnet.az-ın məlumatına görə, bunu Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov TASS-a açıqlamasında bildirib.
O deyib: "Belə bir hadisə əsla baş verməyib".
Qeyd edək ki, ötən gün Rusiya və Ukrayna idmançılarının sözlü atışmadan sonra dalaşdıqları barədə xəbər yayılıb. Hər iki ölkə yığmaları hazırda I Avropa Oyunları ilə əlaqədar Bakıdadırlar.










































































