1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
DÇ-2018-in səbətlərində dəyişiklik baş verib
Futbol üzrə Dünya Çempionatı - 2018-in Avropa yığmalarının yer aldığı səbətlərdə dəyişiklik olub. Sportnet.az-ın məlumatına görə, İtaliya millisinin Portuqaliya ilə yoxlama matçında məğlub olduğu üçün (0:1) ilk səbətə düşmək şansını itirib.
Bu uğursuzluq həm də FİFA-nın reytinq cədvəlində Xorvatiya millisini keçməyə imkan verməyib.
25 iyil Sankt-Peterburqda keçiriləcək püşkatma mərasimində "Skuadra adzurra" ikinci səbətdə yer alacaq.
Səbətləri diqqətinizə çatdırırıq:
I səbət: Almaniya, Belçika, Hollandiya, Rumıniya, İngiltərə, Uels, Portuqaliya, İspaniya, Xorvatiya
II səbət: İtaliya, Slovakiya, Avstriya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina
III səbət: Polşa, Ukrayna, Şotlandiya, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan
IV səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqariya, Farer adaları, Çernoqoriya, Estoniya
V səbət: Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Azərbaycan, Litva, Moldova
VI səbət: Qazaxstan, Lüksenburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra
Qeyd edək ki, dünya çempionatının final mərhələsinə qrup qalibləri çıxacaq. Rusiya isə meydan sahibi olduğu üçün birbaşa final mərhələsində iştirak edəcək.