
İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, ötən gecə F və G qrupunda mübarizə aparan 6 iştirakçı 2-ci tura yekun vurub.
Bu görüşlərdən sonra 1/8 finala yüksələn ilk iştirakçı məlum olub. F qrupunda mübarizə aparan Oqtay Abdullayev ardıcıl 2 oyunun dəqiq nəticəsini müəyyənləşdirərək, adını pley-offa yazdıra bilib.
F qrupu Argentina – İran 1:0
Yaşar Seyidov (futbol funksioneri) - 3:1 - Qalibi düzgün müəyyənləşdirib. Aktivinə 1 xal yazdırıb
Vüsal Əliyev (hakim) - 4:0 - Qalibi düzgün müəyyənləşdirib. Aktivinə 1 xal yazdırıb
G qrupu. Almaniya – Qana 2:2
Ramiq Ağaməmmədov (jurnalist) - 3:0 - Qalibi düzgün müəyyənləşdirə bilməyib. Xal ehtiyatını artıra bilməyib.
Asim Xudiyev (futbol veteranı) - 2:0 - Qalibi düzgün müəyyənləşdirə bilməyib. Xal ehtiyatını artıra bilməyib.
Oqtay Abdullayev (futbol veteranı) - 1:0 - Nəticəni dəqiq müəyyənləşdirib. Aktivinə 3 xal yazıb.
Ceyhun Əliyev (jurnalist) - 0:2 Qalibi düzgün müəyyənləşdirə bilməyib. Xal ehtiyatını artıra bilməyib.
Xal durumu
F qrupu
Oqtay Abdullayev (futbol veteranı) – 6
Yaşar Seyidov (futbol funksioneri) – 2
Ceyhun Əliyev (jurnalist) - 1
Vüsal Əliyev (hakim) - 1
G qrupu
Ramiq Ağaməmmədov (jurnalist) – 1 (2 oyun)
Kənan Hakimov (jurnalist) – 0 (1)
Asim Xudiyev (futbol funksioneri) – 0 (2)
Ağabala Ramazanov (futbolçu) – 0 (1)