Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) "Xəzər Lənkəran"ın transfer qadağı isə bağlı iclasını təxirə salıb. Klubdan Sportnet.az-a verilən məlumata görə, iclas məlum olan tarixdən iki gün sonra, yəni iyun ayının 30-da baş tutacaq.
2011-ci ildə "Xəzər Lənkəran”a baxışa gələn Veldin Muharremoviç "ağ-yaşıllar”da debüt etmədən yola salınıb. Bosniya və herseqovinalı oyunçu daha sonra cənub klubundan FİFA-ya şikayət edib. Braziliyalı yarımmüdafiəçi Elias Ribeyro Azərbaycan klubunun ona borcu olduğunu iddia edərək "Xəzər Lənkəran”dan şikayət edib. FİFA isə məsələ ilə bağlı son qərarında "Xəzər Lənkəran"a cərimələri ödəməsini bildirib və kluba qış və yay ayları üçün transfer qadağası qoyulub. Buna etiraz olaraq isə Lənkəran təmsilçisi Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Qeyd edək ki, əsasnaməyə görə, transfer pəncərəsi bağlandıqdan sonra klub istənilən sayda sərbəst transfer hüququna malik olan futbolçuları heyətinə qata bilər.