"Qəbələ" klubu yarımmüdafiəçisi Ruslan Abışov bu gün rəsmən yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "atv.az" saytına açıqlamasında deyib.
O deyib: "Bircə onu deyə bilərəm ki, bu gün rəsmən Ruslanla vidalaşdıq. Onun hansı klubla müqavilə bağlayacağını bilmirəm".
Abışov bu qərara klubun baş məşqçisi Roman Qriqorçukla söhbətdən sonra gəlib. Klub onun çıxış etdiyi mövqeyə güclü legionerlər gətirəcəyini bildirib, Ruslan əsas heyətdə ona daimi yer olmayacağını anlayıb və "Qəbələ"dən getmək qərarına gəlib.