1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hava şəraiti yarışlara təsir etməyəcək"
"Dünən "Bakı 2015" çərçivəsində keçirilən oyunlar çox gözəl yarışlar oldu. 22 min tamaşaçı atletika üzrə yarışları izləmək üçün Olimpiya Stadionuna gəlmişdi". Sportnet.az-ın məlumatına görə, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq iyunun 22-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, dünən velosiped üzrə yarışlar keçirildiyindən Bakıda yollar bağlı olub: "Bu, müəyyən çətinliklər yaratsa da, dünyaya gözəl təsvirlər yayıldı. Bundan başqa, dünən Su idman arenasında yarışlar başa çatdı. Dünən toplam 48 811 tamaşaçı yarışları izləyib. 10 müxtəlif idman növü üzrə 11 yarış keçirildi. "Crystal hall" və Su idman arenasında ən çox tamaşaçı kütləsi müşahidə olundu".
S.Kleqq qeyd edib ki, bəzi idman növləri üzrə əlavə biletlər satışa çıxarılmışdı.
Onun sözlərinə görə, bu gün Bakını 304 idmançı və rəsmi şəxs tərk edəcək: "Ümumilikdə 1 288 nəfər bu günlərdə Azərbaycanı tərk edəcək. Məşəl qoruyucuları öz işlərini yüksək səviyyədə təşkil edirlər. Nəqliyyat işləri normal gedir. 90 faiz idmançılar vaxtı vaxtında məkana çatırlar".
S.Kleqq bildirib ki, 1100-dən çox idmançı medal sahibi olub: "Qazanılan medalların sayına görə Azərbaycan 2-ci yerdədir. Bugünkü yarışlara 40 minə yaxın tamaşaçının gələcəyini gözləyirik. Bakı bu gün küləkli şəhər adını tam doğruldacaq, lakin bunun yarışlar üçün o qədər də çətinlik törədəciyinə inanmırıq".
"Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq bağlanış mərasimi üçün biletlərin qiymətlərin açıqlayıb: "Açılış mərasiminə biletlərin 50 faizi 20 manatdan aşağı qiymətə bazara çıxarılmışdı. Bağlanış mərasimi üçün qiyməti 20 manatdan aşağı olan biletlərin sayı daha çoxdur. Yayım məsələlərində çox yüksək nailiyyət mövcuddur".
S.Kleqq yüngül atletika üzrə yarışlarda medalın yalnız komanda şəklində idmançılara verilməsi məsələsinə də aydınlıq gətirib: "İlk növbədə qeyd edim ki, bununla bağlı qərarı Olimpiya Komitəsi verib. Lakin bu qərara tam dəstəyimizi bildirmişik. Çünki bu Oyunlar dünya çempionatı deyil. I Avropa Oyunlarında daha çox komandalara və heyətlərə üstünlük verdik. Nəzərə alsaq ki, planlaşdırma baxımından Oyunlara ən yüksək idmançılar qatılmamışdı. Yəni burada müəyyən məhdudiyyətlər var idi. Belə ki, 3-cü diviziyadan olan idmançılar yarışlara cəlb olunmuşdu. Qaliblər sonra 2-ci liqə keçəcək. Beləliklə hər bir qalibi Avropa Oyunlarının çempionu kimi qələmə vermək düzgün deyil. Çünki onların bundan sonra yeni mərhələlərə keçmələri planlaşdırılır. Ona görə də komanda yarışlarında qalib gələnlər qızıl və ya digər medallarla təltif olunur. Sonra növbəti oyunlarında, Avropa Çempionatında ayrı-ayrı medalların verilməsi mümkündür".
Onun sözlərinə görə, son günlər havaların isti keçməsi yarışların qrafikinə təsir etməyib: "Belə isti yay fəsili üçün normaldır. Təbii ki, ehtiyat planları hər zaman var".