
Azərbaycanı Avropa Liqasında təmsil edəcək futbol klubları ilkin Sifariş Ərizələrini UEFA-ya göndəriblər. Sportnet.az-ın məlumatına görə, ən çox futbolçunu "Neftçi" sifariş edib.
"Ağ-qaralar"ın ərizəsində 24 futbolçu göstərilib. Onlardan 7-si B siyahısındadır. "İnter" 23, "Qəbələ" 20 oyunçunu göstərib. Amma paytaxt təmsilçisinin B siyahısında 7 futbolçu yer aldığı halda, hələlik "Qəbələ" bu siyahıda heç bir oyunçunu göstərməyib.
"İnter"
Qapıçılar: Georgi Lomaya, Səlahət Ağayev, Elşən Poladov
Müdafiəçilər: Xuan Fransisko Qarsia Martines, Laşa Kasradze, Denis Silva
Yarımmüdafiəçilər: Slavço Georgiyevski, Nika Kvekveskiri, Nizami Hacıyev, Mirsayib Abbasov, Mirhüseyn Seyidov,
Hücumçular: Sezar Daniel Meza Kolli, Rauf Əliyev, Yuri Fomenko, Dieqo Madriqal
B siyahısı
Müdafiəçilər: Taşkın Sertan, Mənsur Nəhavəndi, Abbas Hüseynov
Yarımmüdafiəçilər: Fuad Bayramov, Elnur Süleymanov
Hücumçular: İlkin Sadıqov, Bilal Qəmbərov
Baş məşqçi: Zaur Svanadze
"Neftçi"
Qapıçılar: Aqil Məmmədov, Ruzi Qiyaslı, Maksim Vaylo
Müdafiəçilər: Melli, Məhəmməd Qurbanov, Əziz Quliyev, Kamal Qurbanov, Orxan Bəşirov
Yarımmüdafiəçilər: Araz Abdullayev, Flavinyo, Erik Ramos, Rəhman Hacıyev, Kaue, Nicat Qurbanov, Elvin Bədəlov
Hücumçular: Ruslan Qurbanov, Samir Məsimov
B siyahısı
Müdafiəçilər: Rahil Məmmədov, Məqsəd İsayev
Yarımmüdafiəçilər: Elşən Abdullayev, Fəhmin Muradbəyli, Kamran Nəcəfzadə, Orxan Qurbanlı
Hücumçu: Mirabdulla Abbasov
Baş məşqçi: Samir Əliyev
"Qəbələ"
Qapıçılar: Andrey Popoviç, Dmitri Bezotosnı, Anar Nəzirov
Müdafiəçilər: Voyislav Stankoviç, Ruslan Əmircanov, Məhəmməd Mirzəbəyov, Rikardinyo, Arif Daşdəmirov, Vitali Vernidub, Ürfan Abbasov, Rafael
Yarımmüdafiəçilər: George Floresku, Rəşad Sadiqov, Asif Məmmədov, Cavid Hüseynov, Aleksey Qay, Samir Zərgərov
Hücumçular: Sergey Zenyov, Dodo, Aleksey Antonov
Baş məşqçi: Roman Qriqorçuk
Qeyd edək ki, hər 3 klub I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. "İnter" Albaniyanın "Laçi", "Neftçi" Monteneqronun "Mladost", "Qəbələ" isə Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə üz-üzə gələcək. Oyunlar iyulun 2-də və 9-da keçiriləcək.