Azərbaycanı təmsil edən idmançı Çaltu Becu dopinqdən istifadədə şübhəli bilindiyi üçün "Bakı 2015" I Avropa Oyunları çərçivəsində yarışlarda iştirakdan uzaqlaşdırılıb. Sportnet.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin (AOK) rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Azərbaycanı 3000 m məsafədə maneələrlə qaçış yarışlarında təmsil edən Ç.Becunun dopinq əleyhinə test nümunəsində qadağan olunan "osterin" maddəsi aşkar olunub.
Dopinq əleyhinə qaydaların pozulması ilə əlaqədar idmançı yarışlardan uzaqlaşdırılıb, onun "Bakı 2015" I Avropa Oyunlarında qazandığı nəticələr ləğv edilib.
Qeyd olunur ki, bu addım yüngül atletika üzrə yarışların komanda nəticəsinə təsir etməyəcək.