
Bu gün DÇ-2014-də daha 4 qarşılaşma baş tutacaq. Sportnet.az-ın
məlumatına görə, turnirin 12-ci oyun günü A və B qruplarının iştirakçıları bu
mərhələdə son oyunlarını keçirəcəklər.
İdman prinsiplərinə əsasən bir qrupda yer alan komandaların iştirakı ilə baş tutan oyunlar eyni vaxtda start götürür.
İlk olaraq, B qrupunun cütlükləri - Hollandiya ilə Çili və Avstraliya
ilə İspaniya yığmaları üz-üzə gələcəklər. Qeyd edək ki, bu qrupda Hollandiya ilə Çili yığmaları 1/8 finala vəsiqəni təmin ediblər və əsas məqsədləri qrup qalibi olaraq, növbəti mərhələdə A qrupunun 2-cisi ilə görüşməkdir.
Daha sonra isə A qrupunda mübarizə aparan Kamerunla Braziliya və Xorvatiya
ilə Meksika yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
21:00. B qrupu. Hollandiya – Çili 2:0
Qollar: Leroy Fer, 77. Depay, 90+1.
Baş hakim: Bakari Qassama (Qambiya)
San-Paulu şəhəri. "Arena Korintians” stadionu.
Start heyətlər
Hollandiya: 1. Jasper Sillessen, 2. Ron Vlaar, 3. Stefan De Vriy, 5. Daley Blind (sarı vərəqə-62), 6. Nayçel De Yonq, 7. Daril Yanmat, 20. Corcinyo Viynaldum, 17. Jermen Lens (21. Depay-69), 10. Uesli Sneiyder (18. Fer-75), 11. Aryen Robben, 15. Dirk Kuyt (18. Konqolo-88)
Çili: 1. KlaudioBravo, 2. Euqenio Mena, 4. Maurisio İsla, 5. Fransisko Silva (sarı vərəqə-25), 9. Aleksis Sançez, 11. Eduardo Varqas (9. Pinila-81), 17. Qari Medel, 18. Qonzalo Jara, 20. Çarlz Aranqez, 16. F.Qutyerres (15. Bisiju-46), 21. Marselo Dias (10. Valdivia-70).
Matçöncəsi maraqlı məqamlar
- İki komanda daha əvvəl yalnız bir dəfə qarşılaşıb. 1928-ci ildə keçirilən matç 2:2 bitib.
- Narıncılar 221 matçdan sonra ilk meydana Van soyadı olmayan futbolçu olmadan çıxacaq.
- Hollandiya DÇ-də oynadığı son 27 matçın 25-dən qalibiyyətlə ayrılıb.
- Aryen Robben son 8 matçında 8 qol vurub.
- Hollandiya DÇ qruplarında çıxdığı son 12 matçda məğlub olmayıb. Son məğlubiyyət 1994-cü ildə Belçika ilə oyuna təsadüf edir.
- Çili mundiallardakı son 8 matçda azı 2 qol vurub
və bu matçların 7-dən qalib ayrılıb.
Matç başlayır.
4-cü dəq. Komandalar ilk dəqiqələrdən hücuma atılmağa çalışır.
9-cu dəq. Sneyderin sol cinahdan cərimə meydançasına ötürməsini müdafiə uzaqlaşdırır.
13-cü dəq. Varqasın baş zərbəsi qapının üstündən keçir.
15-ci dəq. Aranqizin sol cinahdan cərimə meydançasına ötürməsini son anda müdafiə çıxarır.
19-cu dəq. Çilinin sürətli hücumu, Medelin ayağı cərimə meydançasında sürüşür.
23-cü dəq. Çili künc zərbəsi vurur, Qutyerresin zərbəsi dəqiq alınmır.
25-ci dəq. Çilidə Silva sarı vərəqə alır.
30-cu dəq. Yarım saatın tamamında hələ ki, komandaların ciddi qol epizodu yoxdur.
36-cı dəq. Robbenin standart vəziyyətdən asması, De Vreyin baş zərbəsi dəqiq alınmır.
39-cu dəq. Robben mərkəzdən sürətli reyd edir, bir futbolçunu keçir, zərbəsi dəqiq alınmır.
41-ci dəq. Menanın sol cinahdan ötürməsini qapı önündə Sançesdən öncə Blind qarşılayır.
44-cü dəq. Qutyerresin baş zərbəsi dəqiq alınmır.
45+1-ci dəq. Birinci hissə başa çatır.
Fasilə
Birinci hissənin statistikası
Hollandiya Çili32% Topa nəzarət 68%
0 Küncdən zərbə 1
0 Of-sayd 1
14 Qayda pozuntusu 7
0 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0
46-cı dəq. Çilidə Qutyerresi Jan Bisiju əvəz edir.
49-cu dəq. İkinci hissədə də komandalar ilk hissədəki ehtiyatlı oyunu nümayiş etdirir.
56-cı dəq. Sançesin uzaq məsafədən zərbəsi üstdən meydanı tərk edir.
62-ci dəq. Sneyderin zərbəsi müdafiədən qayıdır.
63-cü dəq. Hollandiyada Blind sarı vərəqə alır.
66-cı dəq. Sançesdən əla hərəkət, forvard sərt vurur, Sillesen səhvsiz oynayır.
69-cu dəq. Hollandiyada Lensi Menfis Depay əvəzləyir.
70-ci dəq. Çilidə Diası Xorxe Valdivia əvəz edir.
75-ci dəq. Hollandiyada Sneyderi Lorey Fer əvəz edir.
77-ci dəq. QOOOOOL! Fer oyuna girən kimi fərqlənir. Hollandlar öndədir.
81-ci dəq. Top cərimə meydançasında De Vriyin əlinə dəyir. Epizodda əl bədənə bitişik olduğu üçün hakim penalti vermir.
81-ci dəq. Çilidə Varqas çıxır Maurisio Pinila oyuna girir.
85-ci dəq. Çili bərabərlik üçün təzyiqi artırır.
88-ci dəq. Hollandiyada Kuytu Terense Konqolo əvəz edir.
90+2- ci dəq. QOOOOOOOL! Əla kombinasiya, Hollandiya daha bir qol vurur. Depay fərqlənir.
90+3-cü dəq. Matç başa çatır, Hollandiya lider, Çili qrup ikincisi kimi 18 finala çıxır.
Oyunun statistikası
Hollandiya Çili36% Topa nəzarət 64%
2 Küncdən zərbə 7
1 Of-sayd 2
25 Qayda pozuntusu 14
1 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0
Matçın oyunçusu: Aryen Robben (Hollandiya)
21:00. B qrupu. Avstraliya - İspaniya 0:3
Qollar: Vilya, 36. Torres, 69. Mata, 82.
Baş hakim: Navaf Şukralla (Bahreyn)
Kuritiba şəhəri. "Arena da Bayşada” stadionu.
Start heyətlər
Avstraliya: 1. Mati Rayan, 3. CesonDavidson, 6. Spiranoviç (sarı vərəqə-88), 7. Matyu Lekie, 9. Adam Taqart (10. Halloran-46), 11. Tom Oar (14. Troisi-61), 13. Oliver Bozaniç (23. Breşiano-72), 15. Mil Jedinak (sarı vərəqə-90+2), 17. Matt Makkay, 19. Rayan Makqovan, 22. Vilkinson
İspaniya: 23. Pepe Reyna, 2. Raul Albiol, 5. Xuanfran, 6. Andres Inyesta, 7. David Vilya (13. Mata-56), 9. Fernando Torres, 14. Xabi Alonso (21. Silva-84), 15. Serxio Ramos, 17. Koke, 18. Xordi Alba, 20. Santi Kasorla (10. Fabreqas-78).
Matçöncəsi maraqlı məqamlar
- İki komanda daha əvvəl 1996-cı ildəki Olimpiya oyunlarında qarşılaşmışdı. İspanlar meydandan 3:2 qalib ayrılmışdı.
- Avstraliya DÇ-də oynadığı 7 matçdan yalnız 1-də qalib gəlib.
- İlk iki oyununu məğlubiyyətlə başa vuran İspaniya daha əvvəl DÇ-də ardıcıl 3 məğlubiyyət almayıb.
- Bu matçda forma geyə bilməyən Tim Keyhill 11 qolla Avstraliyanın ən sərrast futbolçusudur.
Matç başlayır.
3-cü dəq. İspaniya oyuna sürətli başlayan tərəfdir. Avstraliya müdafiə olunmağa üstünlük verir.
9-cu dəq. Matçda hələ ki, real qol epizodu yoxdur.
14-cü dəq. Matç formal xarakter daşıdığından komandalar irəli atılmağa çox can atmırlar.
19-cu dəq. Torresin ötürməsi, Vilya cərimə meydançasına girir, lakin ayağı sürüşən futbolçu müvazinətini itirir.
23-cü dəq. Matçda ilk təhlükəli vəziyyət, Xordi Albanının yaxın məsafədən zərbəsini Rayan dəf edir.
34-cü dəq. Hesabı açmaq üçün gözəl imkan. Vilyanın ötürməsinə qapı önündə toxunan olmur.
36-cı dəq. QOOOOOOL! Vilya baxımlı qolla komandasını önə keçirir.
38-ci dəq. İspaniyanın qapısı önündə qarışıqlıq. Son anda Reyna topu uzaqlaşdırır.
41-ci dəq. Kokenin sərt zərbəsindən sonra Rayan küncə əla uzanır.
45+1-ci dəq. Birinci hissə başa çatır.
Fasilə
Birinci hissənin statistikası
Avstraliya İspaniya43% Topa nəzarət 57%
0 Küncdən zərbə 3
1 Of-sayd 3
8 Qayda pozuntusu 5
0 Sarı vərəqə 0
0 Qırmızı vərəqə 0
46-cı dəq. Avstraliyada Taqartı Ben Halloran əvəz edir.
50-ci dəq. Oarın qapı önünə ötürməsini Hallorandan öncə müdafiə qarşılayır.
56-cı dəq. David Vilya Xuan Mata ilə əvəz olunur.
61-ci dəq. Oarı Ceyms Troisi əvəz edir.
62-ci dəq. Ramos sarı vəreəqə alır.
63-cü dəq. Kokenin qapı önünə ötürməsini Avstraliya müdafiəsi uzaqlaşdırır.
68-ci dəq. Kasorlanı Sesk Fabreqas əvəz edir.
69-cu dəq. QOOOOOOL! Torres İspaniyanın üstünlüyünü möhkəmləndirir.
72-ci dəq. Avstraliyada Bozaniçi Mark Breşiano əvəz edir.
74-cü dəq. Qoldan sonra oyunda temp düşür.
76-cı dəq. Kokenin hava ötürməsini müdafiəçilər kənarlaşdırır.
82-ci dəq. QOOOOOOOL! Fabreqasın ötürməsini Mata maksimum dəyərləndirir.
84-cü dəq. Xabi Alonso David Silva ilə əvəz olunur.
88-ci dəq. Spiranoviç sarı vərəqə alır.
90-cı dəq. Əsas vaxta 3 dəqiqə əlavə olunur.
90+2-ci dəq. Jedinak sarı vərəqə alır.
90+3-cü dəq. Final fiti səslənir. Son çempion İspaniya mundialla böyükhesablı qələbə ilə vidalaşır.
Oyunun statistikası
Avstraliya İspaniya45% Topa nəzarət 55%
2 Küncdən zərbə 6
1 Of-sayd 6
14 Qayda pozuntusu 9
2 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0
Matçın oyunçusu: David Vilya (İspaniya)