"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Serbiya "Çukariçki"si ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə sabahkı qarşılaşma barədə danışıb.
- Vəziyyət elədir ki, ilk oyunda alınmadı. "Dinamo" ilə ev oyunu çox yaxşı keçmişdi. "Çukariçki" ilə görüş isə elə də yaxşı deyildi. Pis oyunumuzun səbəbini bilirik. Obyektiv səbəblər ortaya çıxdı. Ona görə də sabah başqa oyun görə bilərik.
- Sabahkı oyun uzatma dəqiqələrində getsə, bu yöndə çalışmalarınız var?
- Hazırkı vəziyyətiniz sizin gördüyünüzdən qat-qat artıqdır. Ümid edirik ki, 90 dəqiqə ərzində nəticəmizi əldə edəcəyik. Biz yaxşı nəticəyə ümid edirik.
- Start heyəti müəyyənləşdirmisiniz?
- Start heyəti tam müəyyənləşdirməmişik. Bugünkü məşqin nəticəsinə əsasən, qərar verəcəyik. Penaltilər üzərində işləməmişik. Çünki dediyim kimi, biz oyunun taleyini əsas vaxtda həll etmək istəyirik.
- Tiflisdə "Dinamo" ilə oyundan öncə 5:0 hesabı ilə qalib gəlmək istədiyinizi demişdiniz. Bəs sabah hansı nəticəyə ümid edirsiniz?
- Hər oyunda 5:0 və daha çox hesabla udmaq istəyirik. Sabah da eyni hesablı nəticə əldə etmək istəyirik.
- Futbolçular üzərində psixoloji gərginliyi aradan qaldıra biləcəksiniz?
- Əlbəttə, səfərdə vurulan qol işi asanlaşdırır. Amma bu dəfə 0:1 hesabı ilə uduzmuşuq. Bir neçə qol vurmağı hədəfləmişik. Amma kuryoz qollar da olur. Bir qol buraxsaq, gərək üçünü vuraq. Biz də daha çox qol vurmağa köklənmişik.
- Elvin Camalovun meydana çıxmamasının səbəbi nədir?
- Çempionatda 1994-cü il təvəllüdlü yerli futbolçu limiti var. Avroliqada isə belə limit yoxdur. Ona görə də bu oyunlara doğru yanaşma ilə hazırlaşırıq. Kim bu gün hazırlıqlıdırsa, o da meydana çıxacaq.
- "Neftçi" "Bakcell Arena"dakı avrokubok qarşılaşmalarının heç birində qələbə qazana bilməyib. Bu fakt Sizi qorxutmur?
- "Neftçi" uda bilməyib? Önəmsiz faktdır. Mən belə əlamətlərə inanmıram. Hamı sanki kədərli görünür. Amma sabah daha şən olmaq istəyirik.
- Qəbələ şəhər stadionunun cəzalandırılması futbolçulara necə təsir edib?
- Biz bu faktla barışmaq zorundayıq. Burada oynamağımız məcburi qərardır. Amma məncə, burada azarkeşlər üçün daha yaxşı imkanlar olacaq, xeyli tamaşaçı gələcək. Stadionun aurası da yaxşıdır. İstərdik ki, azarkeşlər bizə dəstək olsunlar, biz də onları sevindirək.
- Əvvəlki matçlarda kobud səhvlərə yol verən Ürfan Abbasovu Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyovla əvəzləmək fikriniz yoxdur?
- Təkcə Ürfan Abbasov səhvlər buraxmayıb. Həm də elə kobud səhvləri olmayıb ki, meydandan çıxaraq. Biz görmək istəyirik ki, futbolçu səhvlərdən sonra növbəti oyunda necə təsir bağışlayacaq. Belə hallarda futbolçunun xarakteri də önəmlidir. Heyəti isə hələ müəyyənləşdirməmişəm. Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov isə yaxşı futbolçulardır. Ümidvaram ki, onların köməyindən də istifadə edəcəyik.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |