1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Çukariçki"nin kapitanı: "Sabah da qələbə qazanacağıq"
13-14 il öncə Serbiya və Çernoqoriyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının heyətində Azərbaycan millisi ilə Avropa çempionatının seçmə oyununa gəlmişdim. Həmin vaxt 2:0 hesabı ilə qalib gəlmişdik. İndi isə fərqli ölkə gördüm. Azərbaycanın tam dəyişildiyi, futbola ayırdığı diqqət göz önündədir". Sportnet.az-ın məlumatına görə, bunu Serbiyanın "Çukariçki" komandasının futbolçusu İqor Matiç "Qəbələ" ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.
34 yaşlı yarımmüdafiəçi bildirib ki, sabahkı oyun da tam fərqli olacaq. "Qəbələ"nin bahalı legionerlərə malik olduğunu söyləyən kapitan komandasını Belqraddakına nəzərən Bakıda daha çətin oyun gözlədiyini vurğulayıb. Bununla belə, İ.Matiç nəticənin də göz önündə olduğunu deyib: "Rəqibə dərin hörmətimi bildirərək, demək istərdim ki, sabahkı oyunda da qələbə qazanmağımız gözlənilir. İlk matçadək "Qəbələ"nin güclü və ya zəif oynayacağını bilmirdik. Amma bilirik ki, rəqibin baş məşqçisi və futbolçuları da güclüdür. Belqraddakı qarşılaşma orada qaldı. Əminik ki, bizi başqa bir oyun gözləyir".
Qeyd edək ki, iyulun 23-də keçiriləcək "Qəbələ" - "Çukariçki" matçı saat 21:00-da başlanacaq. İlk görüşdə Serbiya komandası qalib gəlib - 1:0.