1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İtaliya ŞOKda! Federasiya prezidenti və millinin baş məşqçisi istefa verdi
İtaliya futbolu milli komandanın DÇ-2014-də uğursuzluğa düçar olmasının şokundan ayılmamış istefalarla sarsılıb. Sportnet.az-ın məlumatına görə, "Skuadra Adzurra"nın Uruqvaya 0:1 hesablı məğlubiyyətə uğrayaraq, qrupdan qalmasından sonra yığmanın baş məşqçisi Çezare Prandelli postunu tərk edəcəyini açıqlayıb.
Prandelli deyib: "İstefa verdiyimi federasiya rəhbərliyinə çatdırmışam. 2012-ci il Avropa çempionatından sonra müqaviləmi uzatdıq. Bu müqavilədən sonra necə oldusa, siyasi partiyaların sözlü hücumlarına məruz qaldıq. İnsanlar bizi, əsasən, ölkənin pullarını oğurlamaqda günahlandırırdılar. Mən heç vaxt heç kimin pulunu oğurlamamışam. Həmişə vergiləri ödəmişəm və başıuca gəzmişəm. İstəmirəm ki, kimisə qarət etdiyimi desinlər".
Baş məşqçinin ardından İtaliya Futbol Federasiyasının prezidenti Cankarlo Abate də istefa verdiyini bəyan edib: "Mən istefam barədə məlumat vermək istərdim. Ümidvaram ki, federasiya şurasının qarşıdakı iclasında şura üzvləri Prandellini mövqeyini dəyişməyə inandıra biləcəklər".
"Skuadra Adzurra" D qrupunu cəmi 3 xalla başa vurub. Yalnız İngiltərəyə 2:1 hesabı ilə qalib gələ bilən Prandellinin komandası sonrakı qarşılaşmalarında Kosta Rika və Uruqvaya minimal hesabla uduzub - 0:1. Nəticədə İtaliya və İngiltərə 1/8 finala yüksələ bilməyib. Növbəti mərhələyə isə Kosta Rika və Uruqvay çıxıb.
Qeyd edək ki, İtaliya millisi 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə birgə H qrupunda yer alıb. İki komanda arasındakı ilk görüş bu il oktyabrın 10-da Palermoda, təkrar qarşılaşma isə gələn il oktaybrın 10-da Bakıda olacaq.