1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
DÇ-2014-ün 1/8 finalında daha 2 cütlük
DÇ-2014-də 1/8 final mərhələsinin daha 2 cütlüyü müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, növbəti mərhələdə Kosta Rika Yunanıstanı, Kolumbiya isə Uruqvayı sınağa çəkəcək.
Kolumbiya C qrupunu 9 xalla, Kosta Rika D qrupunu 7 xalla lider kimi tamamlayıb. Yunanıstan və Uruqvay isə bu qrupları müvafiq olaraq, 4 xal və 6 xalla başa vurublar. İyunun 29-da Bakı vaxtı ilə gecə saat 1:00-da Kolumbiya - Uruqvay, iyunun 30-da eyni saatda Kosta Rika - Yunanıstan qarşılaşmaları keçiriləcək.
Qeyd edək ki, daha öncə A qrupunun lideri Braziliyanın B qrupunun 2-cisi Çili ilə iyunun 28-də, B qrupunun lideri Hollandiyanın isə A qrupunun ikincisi Meksika ilə iyunun 29-da üz-üzə gələcəkləri müəyyənləşib. Hər iki matç saat 21:00-da başlanacaq.