
Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin Kipr "Apollon"u ilə səfər matçını yayımlayan AzTV və onun törəmə telekanalı "İdman Azərbaycan" "sürpriz"ə imza atıb. Sportnet.az-ın məlumatına görə, eyni oyunun şərhi ilə 2 telekanalda 3 həmkarımız məşğul olub.
AzTV-də Elnur Məmmədli ilə Ramiz Mirzəzadə, "İdman Azərbaycan"da isə Rəşad Rafiqoğlu şərh edib. Əvəzində Bakı "İnter"inin saat 23:45-də başlanacaq İspaniya "Atletik"i ilə görüşünə yaxın duran olmayıb.
Qeyd edək ki, ötən gün "Qarabağ"ın Şotlandiyada "Seltik"lə keçirdiyi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu da heç bir telekanal yayımlamayıb. Halbuki bir gün öncədə görüşün "İdman Azərbaycan" vasitəsilə yayımlanacağı açıqlanmışdı.