1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məhəmmədrəsul Məcidov Avropa çempionatına da getmədi
Bolqarıstanın Samokov şəhərində boks üzrə Avropa çempionatına start verilib. Sportnet.az-ın məlumatına görə, yarışda 41 ölkənin 241 boksçusu mübarizə aparır.
Qitə çempionatında hər çəkidə ilk 6 yeri tutan dəri əlcək ustaları oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaqlar. Azərbaycanın 8 boksçusu "Bakı-2015" I Avropa Oyunlarında dünya çempionatına lisenziya əldə etdiyindən, Bolqarıstanda yalnız bir idmançımız rinqə çıxacaq. Məşqçilər korpusu 49 kq çəki dərəcəsində Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qalibi Rüfət Hüseynovu sınamağı qərara alıb. +91 çəki dərəcəsində çıxış edən Məhəmmədrəsul Məcidov zədəli olduğundan, Avropa çempionatına yollanmayıb.
Avropa çempionatında 49 kq çəki dərəcəsində 14 boksçu gücünü sınayır. Həmyerlimiz ilk görüşünü avqustun 9-da Gürcüstan idmançısı Mixail Kazanjianiyə qarşı keçirəcək. Boksçumuz bu qarşılaşmadan qalib ayrılsa 1/4 finalda Yulian İvanov (Moldova) – İştvan Unqvari (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatında ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edir.