"Mən "Xəzər Lənkəran"ın baş məşqçi postundan istefa verməmişəm. Hələ də komandanın sükanı arxasındayam". Sportnet.az-ın məlumatına görə, bunu "Anadolu" agentliyinə açıqlamasında Mustafa Dənizli deyib.
Türkiyəli mütəxəssis bildirib ki, klub prezidenti Mais Mənsimovla görüləcək işlərə dair fikir ayrılıqlarının olduğu doğrudur. Amma istefa ilə nəticələnən durum yoxdur.
Qeyd edək ki, bu gün "Xəzər Lənkəran"ın rəsmi saytı Mustafa Dənizlinin qarşılıqlı razılıq əsasında istefaya göndərildiyini yazıb.