1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Sloveniya çempionunu məğlub etdi
Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" hazırlıq çərçivəsində son sınaq oyununu keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar" ölkə çempionu "Maribor"la qarşılaşıblar.
"Qəbələ" "Bakovtsı" stadionunda baş tutan qarşılaşmaya Kamran Ağayev, Ruslan Tağızadə, Volodimir Levin, Rafael Santos, Elnur Allahverdiyev, Ruslan Abışov, Adrian Ropotan, Dodo, Nizami Hacıyev, Elvin Camalov, Viktor Mendi "11-liy"i ilə çıxıb. Matça yaxşı başlayan "Qəbələ" 14-cü dəqiqədə hesabı açıb. Ruslan Abışovun cərimə zərbəsindən asmasını Rafael Santos başla tamamlayıb. Qalan dəqiqələrdə hər iki tərəfin fərqlənmək imkanları olsa da, hesab dəyişməyib və "Qəbələ" Avropa Liqası matçı öncəsi sınaq oyununda Sloveniya çempionu üzərində minimal hesablı qələbə qazanıb.