1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA-nın baş katibi vəzifəsindən kənarlaşdırıldı
FİFA baş katibi Jerom Valke xüsusi xəbərdarlıq olunanadək vəzifəsindən kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, ali futbol qurumunun Etika Komitəsi tərəfindən onun barəsində rəsmi araşdırma başladılıb.
"FİFA baş katib ilə bağlı bəzi şübhələr barədə məlumatlandırılıb", — deyə qurumun yaydığı press-relizdə bildirilir.
"The Guardian"ın yazdığına görə, Valke Dünya çempionatı biletlərinin yüksək qiymətə satılması sxemində iştirakda şübhəli bilinir. İddialara əsasən idman məmuru bu əməliyyatdan iki milyon dollar vəsait əldə edib.
Hazırda Valke məzuniyyətə göndərilib. O bu vəzifəyə 2007-ci ildə seçilib.
Valkenin vəzifələrini Markus Katner icra edəcək.