
Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovskinin qadın həmsoyadı Anya Levandovskaya ölkənin həvəskarlar liqasında "poker" edib. Sportnet.az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, "Qlatten"də çıxış edən 18 yaşlı hücumçu "Masbax II" komandası ilə görüşdə 22 dəqiqəyə 4 qol vurub.
O, Levandovskinin "Volfsburq"la Bundesliqa qarşılaşmasında etdiyi "penta-trik"dən 22 saat sonra fərqlənib.
Qeyd edək ki, Anya Levandovskaya "Bavariya"nın azarkeşidir.


















































































