"Qəbələ" klubu Avropa Liqasında qrup mərhələsinin II turunda Rusiya "Krasnodar"ı ilə keçirəcəyi oyunun hazırlıqlarına sentyabrın 28-də start verəcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, məşqlər iki günlük istirahətin ardından Bakıda baş tutacaq.
Paytaxtda iki gün davam edəcək məşqlərdən sonra "qırmızı-qaralar" sentyabrın 30-da çarter reysi ilə Krasnodara yollanacaqlar. Həmin gün komanda üzvləri matçın keçiriləcəyi "Kuban" stadionunda oyunöncəsi son məşqə çıxacaqlar.
Qeyd edək ki, II turun "Krasnodar” – "Qəbələ” oyunu Bakı vaxtı ilə 2 iyul gecə saat 00:05-də başlanacaq.