1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA məmuruna ömürlük cəza
FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner futbol sahəsindəki fəaliyyətindən ömürlük kənarlaşdırılıb. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Uorner FİFA və KONKAKAF-ın görkəmli mövqelərində vəzifəli şəxs kimi dəfələrlə hüquqi pozuntulara yol verib.
O, futbol məmuru kimi qanunsuz ödəmələrlə əlaqəli sxemlərdə aparıcı fiqur olub. ABŞ hökuməti Uornerə fırıldaqçılıq, reketçilik və pulların yuyulması ittihamını irəli sürüb. Sabiq funksionerin okeanın o tayına ekstradisiyası barədə dinləmələr dekabrın 2-də olacaq.
Qeyd edək ki, mayın 27-də ABŞ-ın sorğusu əsasında İsveçrənin Sürix şəhərində FİFA-nın 7 məmuru, o cümlədən, Cek Uorner həbs olunub. Ümumilikdə sabiq və hazırkı 14 futbol funksionerinə ittiham irəli sürülüb. ABŞ Ədliyyə Nazirliyi onların 24 il ərzində 150 milyon dollaradək rüşvət aldıqlarını açıqlayıb. Uorner KONKAKAF-a 1990-2011-ci illərdə rəhbərlik edib. O, FİFA vitse-prezidenti vəzifəsində isə 1997 - 2011-ci illərdə olub.