
Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. Sportnet.az-ın məlumatına görə, əvvəlki turlarla müqayisədə, bu dəfə əlavə köməkçi hakimlərin xidmətindən istifadə olunmayacaq.
Ötən tur "İnter"lə qarşılaşmada "Qarabağ" lehinə qalmaqallı penalti qərarı vermiş Elvin Əsgərov növbəti matça təyinat alıb. O, Lənkəranda oyun idarə edəcək.
Hakim-inspektorlara gəldikdə, müvafiq komitənin sədri Gülağa Cabbarov özü və qardaşını 5 oyundan 2-nə təyin edib.
16 oktyabr (cümə)
"Rəvan” – "Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
"Bayıl Arena”, 20:30
17 oktyabr (şənbə)
"Qarabağ” – "Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Vüsal Əliyev
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 18:00
"Neftçi” – "Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Gülağa Cabarov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 15:30
18 oktyabr (bazar)
"Sumqayıt” – "İnter”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov
"Kapital Bank Arena”, 20:00
"Xəzər Lənkəran” – AZAL
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Xəzər Lənkəran” mərkəzi stadionu, 18:00