1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yaşar Seyidov: "Bakı" dağılmayıb axı...
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov klubun dağıldığına dair xəbərlərə münasibət bildirib. Seyidov Sportnet.az-a açıqlamasında "zolaqlılar"ın mövcud durumunu şərh edib.
O, deyib ki, "Bakı"nın əsas komandası yeni mövsümün hazırlıqlarına başlayıb və son məşqdə 28 futbolçu iştirak edib. Həmin oyunçular arasında klubla müqaviləsi başa çatanlar da olub. Mətbuatda yazılanlara gəldikdə, Seyidov bunları söyləyib: "Biz üzərimizə düşəni edirik. Amma komandamızda maliyyə sıxıntılarının olması heç kimə sirr deyil. Belə davam edərsə, Topaz Premyer Liqasında çıxışımızı dayandıra bilərik. Amma indi "Bakı" dağılmayıb axı..."
"Bakı" rəsmisi klubun aşağı yaş qruplarından ibarət komandalarının ötən mövsüm Azərbaycan birinciliklərində mükafatçılar sırasına düşdüklərini xatırladaraq, ölkə futbolunun inkişafına verdikləri dəstəkdən danışıb. Seyidovun sözlərinə görə, inşa etdirdikləri təlim-məşq bazası 2012-ci ildə 17 yaşadək qızlar arasında keçirilmiş dünya çempionatı, eləcə də Avropa və dünya çempionatlarının seçmə qrup matçları zamanı müxtəlif komandaların ixtiyarına verilib. O, AFFA rəsmilərindən "Bakı"ya çətin anlarda dayaq olmalarını və vəziyyətdən çıxmaq üçün kömək göstərmələrini xahiş edib.
Qeyd edək ki, "Bakı"dakı maliyyə problemləri üzündən futbolçuların əmək haqları uzun müddətdir verilmir.