İngiltərə Premyer Liqasında çıxış edən 2 tanınmış futbolçu "mavi" olduqlarını etiraf etməyə hazırlaşır. Sportnet.az "The Mirror"a istinadən xəbər verir ki, adları açıqlanmayan oyunçular bu barədə öz ailələrini və dostlarını məlumatlandırıblar.
Onların qərarını öz klubları və İngiltərə Futbol Assosiasiyası da dəstəkləyib. Futbolçular gələn mövsümün startı öncəsi qeyri-ənənəvi seksual orientasiyaya malik olduqlarını açıqlayacaqlar. Beləliklə, onlar İngiltərə liqalarında bu addımı atan ilk oyunçular olacaqlar.
Qeyd edək ki, futbolçulardan biri İngiltərə millisində çıxış edib.