İtaliya A Seriyası təmsilçisi "Milan" hücumçusu Rafael Leao ilə bağlı yeni qərar qəbul edib.
Sportnet.az-ın məlumatına görə, "rosyonerilər" yayda portuqaliyalı futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
Müqaviləsində 170 milyon avro sərbəstqalma bəndinin real məbləğ olmadığını anlayan İtaliya klubu 27 yaşlı oyunçu üçün 50-60 milyon avro aralığında olan təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, Rafael Leao 2019-cu ildən "Milan"ın şərəfini qoruyur.



















































































