Qarabağ” daha bir ciddi itki ilə üzləşib. Sportnet.az xəbər verir ki, bu haqda qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.
Hazırda milli komandanın düşərgəsində olan kapitan Sadıqovun məşq zamanı əzələsi dartılıb. Həkimlərin ilkin diaqnozuna görə, R.Sadıqov 2 həftə oynamayacaq.
R.Sadıqovun noyabrın 26-da Bakıda "Tottenhem”ə qarşı keçiriləcək Avroliqanın qrup mərhələsində oyununda iştirak edib-etməyəcəyinə gəlincə, N.İbrahimov deyib: "Həkimlər Rəşada ən azı 10 gün topa toxunmağa icazə verməyib. Yalnız həmin müddət başa çatdıqdan sonra Rəşadın "Tottenhem”lə matçda iştirak edib-etməyəcəyi dəqiqləşəcək".
Qeyd edək ki, daha öncə "Qarabağ"ın lider oyunçularından olan Reynaldo Silva da zədələnmişdi. O, bu il heç bir matçda oynaya bilməyəcək.