
"Xəzər Lənkəran" klubunun hücumçusu Elnur Cəfərov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasından kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a millinin baş məşqçisi Nazim Süleymanov bildirib.
Onun sözlərinə görə, səbəb 18 yaşlı forvardın Türkiyə yığması ilə AVRO-2016-nın seçmə qrup matçında etdiyi intizamsızlıq səbəb olub: "Elnur "fair-play"a əməl etməyərək, iki komandanın futbolçuları arasında münaqişəyə səbəb oldu. Bunun nəticəsində ikinci sarı vərəqəni aldı və gələn oyunda oynamayacaq. Onu gündəlik ödənişdən məhrum etdim və göndərdim".