Bakı - Xankəndi Azərbaycan Velosiped Yarışının IV mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, mərhələnin qalibi adını "Bardiani" klubunun velosipedçisi Marko Manenti olub.
Qazaxıstan təmsilçisi "Astana"dan Henok Mulubrhan ikinci, Ekvadorun "Roojai İnsurance Winspace" komandasının üzvü Pita Kristian David isə üçüncü yeri tutub.
Mükafatları yarışın Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov, Naftalan rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov və federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov təqdim edib.


















































































