Fransanın iki futbol klubu Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirəcəkləri ev oyunlarına qonaq komanda azarkeşlərinin gəlişinə qadağa qoyub. Sportnet.az "Report"a istinadən xəbər verir ki, "Monako" və "Marsel"in ev oyunlarında qonaq komandanı heç kim dəstəkləməyəcək.
Fransa hökumətinin təhlükəsizlik tədbirlərini artırdığı məqamda klubların bu təşəbbüsünü UEFA da dəstəkləyib. Noyabrın 26-da "Monako" Belçika "Anderlext"ini, "Marsel" isə Hollandiya "Qroningen"ini qəbul edəcək. "Monako" və "Anderlext" "Qarabağ"la eyni qrupda yer alıb.
Daha öncə təhlükəsizlik məsələləri ilə əlaqədar Brüsseldə baş tutmalı olan Belçika - İspaniya, eləcə də Honnoverdə keçirilməli olan Almaniya - Hollandiya yoldaşlıq görüşləri təxirə salınmışdı.