"Dododan başqa hər kəs məşq edir. Nəzərə almaq lazımdır ki, zədəli futbolçular 2-3 həftədən sonra komanda ilə məşqlərə başlayıb. Bu isə onların optimal vəziyyətdə olmasını göstərmir. Ancaq biz risk edib bəzilərini heyətə daxil edəcəyik". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin V turunda Yunanıstanda PAOK-la keçirilək oyundan öncə mətbuat konfransında deyib.
Səfər görüşü haqda danışan ukraynalı mütəxəssis havanın yağışlı olmasında problem görməyib: "Məni hər şeydən az narahat edən yağışdır. Bu, problem deyil. Sabah isə havanın isti olacğı gözlənilir".
Daha sonra Qriqorçuk jurnalistlərin digər suallarını da cavablandırıb:
- Yunanıstan futbolu bu mövsüm "Qəbələ" ilə bacarmadı. Sabah bu seriyanı davam etdirə biləcəksiniz?
- Bütün oyunlarda qalib gəlmək istərdik, amma bu, çətin olacaq. Belə seriyalara əhəmiyyət vermirəm. Ancaq istərdik ki, bu, davam etsin.
- Oyunla bağlı hansı hissləri keçirirsiniz?
- Aleksey Antonovun iki hissi var. Biri qələbə, digəri qol vurmaq (konfransda futbolçu Antonov da iştirak edb - red.).
- Geri çəkilmək mümkün deyil. Komandada motivasiya necədir?
- Oyuna başlayanda "Borussiya"nın "Krasnodar"la səfər matçının nəticəsini biləcəyik. Almanlar qələbə qazansa, bu, komandaya əlavə stimul olacaq. Həm onlar, həm də biz qələbə qazansaq, yaxşı olar. Növbəti mərhələni də adlasaq, bu, bizim üçün futbol dünyasında təsəvvür etməyəcəyimiz qədər böyük hadisə olacaq.
- Qrup mərhələsi "Qəbələ"yə, Azərbaycan futboluna, Qriqorçuka nə verdi və Qriqorçuk nə itirdi?
- Böyük təcrübə, material verdi. Bu material komandanın inkişafında böyük rol oynayacaq. İstərdik ki, daha da irəli gedək. "Qarabağ"a da uğurlar arzulayıram. Bu, Azərbaycan futbolunun reytinqini qaldırır. İtirdiyimiz isə bəzi xallar oldu. Ancaq bu, futboldur və hər şey baş verə bilər. Qrupdan çıxma şansı sonuncu tura qalsa, bu, mənim həyatımda böyük hadisə olar. Artıq belə vəziyyəti bir dəfə yaşamışam və növbəti dəfə sizinlə yaşamaq istəyirəm.
- "Borussiya" ilə oyunda 3 mərkəz müdafiəçisini meydana çıxarmışdınız. Bu dəfə də belə olacaq?
- Dəqiq bilmirəm. Dortmunddakı oyunda ona görə bu varianta əl atdıq ki, cinah yarımmüdafiəçiləri daha güclü olsun. Onlar həm müdafiədə oynamalı, həm də hücuma qoşulmalıdır. Bu göstəricilərə cavab verən isə Dodo və Aleksey Zenyov idi.
- Fakundo Pereyra PAOK-dan transfer ediləndə razılıq oldu ki, Yunanıstanda oynamayacaq. Bu futbolçunun olmaması planlarınızı pozur?
- Nəzərə almalıyıq ki, zədəli oyunçularımız vardı və onlar yeni qayıdıblar. Ancaq bu razılığa əməl etməliyik.