1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Erməni üzərində qələbənin davamı gəlmədi...
Polşanın Kolobzerq şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub.
49 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Rüstəmov yarımfinalda erməni boksçusunu məğlub etdikdən sonra finalda irlandiyalı Stephen Makkenayla üz-üzə gəlib. Bu dəfə də daha inamlı təsir bağışlayan həmyerlimiz 3:0 hesabı ilə qalib gələrək, qızıl medala layiq görülüb.
İamayıl Hüseynov da (69 kq) finalda irlandiyalı idmançı ilə qarşılaşmalı idi. Ancaq yığmamızın üzvü zədələndiyindən, Maykl Nevinlə görüşə çıxa bilməyib. Beləliklə, Hüseynov Avropa birinciliyini gümüş medalla başa vurub.
Elməddin İsmayılov (60 kq) isə yarımfinalda uduzaraq, bürünc medalla kifayələnib.