
Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Neftçala"nın qonağı olacaq "Sumqayıt" oyuna baş məşqçisiz çıxacaq. Sportnet.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi məşqçi Vəfadar Quliyevin rəhbərliyi altında kubok oyununda mübarizə aparacaq.
Buna səbəb baş məşqçi Samir Abasovun paytaxtda qalmasıdır. O, AFFA-nın təşkilatçılığı ilə UEFA-nın A kateqoriyalı məşqçi kursunun 4-cü mərhələsində iştirak etdiyi üçün komandayla birgə səfərə yollana bilməyib.
Qeyd edək ki, kursa almaniyalı mütəxəssis Rayner Kraft, Aslan Kərimov və Osman Rəhimovun rəhbərlik edir.