"Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Sportnet.az-a müsahibəsi.
- "Qarabağ”ın heyətində ilk dəfə çempion oldunuz. Hansı hissləri keçirirsiniz?
- Çox xoş hislərdir. Mövsüm ərzində çəkdiyimiz əziyyətin qarşılığını çempionluqla gördük. Kimlər üçünsə komandamızın qızıl medal qazanması asan görünə bilər, lakin əsl həqiqətdə bu mövsüm olduqca ağır keçdi. Son turlaradək 4-5 komanda qızıl medallar uğrunda mübarizə aparırdı.
- Daim Avropa Liqasından qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparırdınız. Lakin bu dəfə Çempionlar Liqasından (ÇL) Avropa Liqasının qrup mərhələsinə düşmə şansınız daha çoxdur...
- Maraqlı bir tendensiya formalaşıb: Az qala ÇL-i qazanıb-qazanmayacağımızla bağlı suallar verirlər. Gəlin, tələsməyək. hələ çl-in II təsnifat mərhələsindən danışaq. Həmişə start çətin olur. Yadınıza salın, Makedoniya "Metallurq”u ilə oyunlar necə ağır keçdi!
- "Qarabağ” fanatları özü belə öyrədib ki, hamı komandanızdan uğurlu nəticələr gözləyir...
- Bu dəfə Avroliqa deyil, ÇL-dir. Əminəm ki, tam fərqli və daha güclü rəqiblərlə üz-üzə gələcəyik. Özümüzü qrup mərhələsi hədəfi ilə yükləsək, bizə psixoloji cəhətdən mane olacaq.
- Komanda yoldaşınız Maksim Medvedev saytımıza müsahibəsində bu heyətlə ÇL-də uzağı bir mərhələ keçə biləcəyinizi bildirib...
- Bəs mərkəz hücumçusu problemini necə həll etməyi düşünürsünüz?