AZAL klubunun ən məhsuldar futbolçusu Con Olureminin komanda ilə yollarının ayrılmasının səbəbi müəyyənləşib. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Vaqif Qasımov məlumat verib.
Onun sözlərinə görə 29 yaşlı hücumameylli yarımmüdafiəçi ailə problemlərini əsas gətirib. Amerikalı oyunçu anasının xəstəliyini səbəb göstərib. Klub rəhbərliyi isə Oluremi ilə müqavilənin davam etməsinə baxmayaraq, ona problem yaratmayıb: "Bizə dedi ki, anam xəstədir, ona görə getməliyəm. Biz də heç bir problem yaratmadıq. Ancaq mənə elə gəlir ki, Oluremi anası xəstə olduğu üçün getməyib, ona hansısa klubdan təklif olduğu üçün Azərbaycanı tərk edib".