Azərbaycan milli komandasının sabiq məşqçisi Elxan Abdullayevin Sportnet.az-a müsahibəsi
- Keçmiş komandanız "Qarabağ” Çempionlar Liqasında debüt etdi. Ağdam təmsilçisinin II təsnifat mərhələsində Maltadakı qələbəsi barədə nə deyə bilərsiniz?
- "Qarabağ”ın "Valletta”nı hansı hesabla yenməsi o qədər də önəmli deyil. Əsas qalib gəlmək idi. Çünki ölkənin klub reytinqini artırmaq üçün bizə qələbələr lazımdır. Belədə hesab arxa plana keçir. Güya 7:0 udsaydılar, əlavə reytinq xalı qazandıracaqdılar? Deməli, "Qarabağ” üzərinə düşən vəzifənin öhdəsindən gəlməyi bacarıb. Hesab edirəm ki, işin yarısı görülüb. Ancaq boşalmaq qətiyyən olmaz. Qarşıda daha bir 90 dəqiqə var. Başlanan işi Bakıda bitirmək lazımdır. Hesab edirəm ki, hazırkı vəziyyətdə "Qarabağ” bunu asanlıqla bacaracaq.
- "Qarabağ”ın "Valletta”nı hansı hesabla yenməsi o qədər də önəmli deyil. Əsas qalib gəlmək idi. Çünki ölkənin klub reytinqini artırmaq üçün bizə qələbələr lazımdır. Belədə hesab arxa plana keçir. Güya 7:0 udsaydılar, əlavə reytinq xalı qazandıracaqdılar? Deməli, "Qarabağ” üzərinə düşən vəzifənin öhdəsindən gəlməyi bacarıb. Hesab edirəm ki, işin yarısı görülüb. Ancaq boşalmaq qətiyyən olmaz. Qarşıda daha bir 90 dəqiqə var. Başlanan işi Bakıda bitirmək lazımdır. Hesab edirəm ki, hazırkı vəziyyətdə "Qarabağ” bunu asanlıqla bacaracaq.
- Reynaldo təkbaşına cütlüyün taleyini ilk oyunda həll edə bilərdi. Elə Riçard Almeydanın qaçırdığı penalti də xoşagələn hal deyil. Sizcə, Azərbaycan çempionunun qol epizodlarından istifadə problemi yoxdur?
- Razılaşa bilmirəm. Çempionatda fasilədir. Yoxlama oyunları isə heç vaxt rəsmi matçları əvəz edə bilməz. Futbolçular müəyyən kondisiyalarını itiriblər. Bu cür halların baş verməsi təbiidir. "Qarabağ”dan və ya başqa bir klubumuzdan bu mərhələdə məhsuldarlıq gözləmirəm. Əsas odur ki, nəticə qazanılsın. Ağdamlılar da bunu bacardı. Tədricən məhsuldarlıq da artacaq. Bu sözləri Reynaldoya da şamil edərdim. Ancaq oyun praktikasından əziyyət çəkən oyunçulardan mövsümün ortalarında sərgilədkləri futbolu gözləmək düzgün olmaz.
- Ancaq braziliyalı qolçu komandasının yoxlama oyunlarında da güclü rəqiblərin qapısından top keçirə bilməyib...
- Ötən mövsümü xatırlayın. Reynaldo futbol oynamağı, qol vurmağı bacardığını sübut edib. O hamını buna elə alışdırıb ki, 1-2 oyunda qol vurmayanda, bu, təəccüblə qarşılanır. Axı hər bir futbolçunun oyununda eniş də olur, bəxtsizlik də. Ona dəstək olmaq lazımdır.
- "Neftçi” sabah "Koper”lə qarşılaşır. Bu oyun barədə nə düşünürsünüz?
- Sloveniya klubunun oyunu ilə tanışam. Güc futboluna üstünlü verən komandadadır. "Neftçi”nin işi elə də asan olmayacaq. Keçmiş Yuqoslaviya ölkəsində zəif komanda ola bilməz. Oranın futbol məktəbi həmişə güclü olub. Legionerləri az olanda da bunu hiss etdirmirlər. Ancaq buna baxmayaraq, deyə bilmərəm ki, "Koper” keçilməz rəqibdir. "Neftçi” tam gücünü səfərbər etsə, bu rəqibini üstələyəcək.
- Böyükağa Hacıyevin rəhbərlik etdiyi komandanın ilk oyunu Bakıda keçirməsini müsbət, yoxsa mənfi hal kimi dəyərləndirirsiniz?
- Evdə əsas məqsəd qol buraxmamaqdır. Əlbəttə, qol və ya qollar vurmaq lazımdır. Səfərdə isə rəqib açılacaq və belədə müdafiə xəttində boşluqlar yaranacaq. İlk oyunu səfərdə keçirmək cüzi üstünlük deməkdir. Çünki həlledici nəticə təkrar oyunda "doğma divarlar” arasında müəyyənləşəcək. Ancaq qalibin müəyyənləşməsində bu, həlledici rol oynaya bilməz.
- "İnter”in "Elfsborq”la görüşü barədə nə deyə bilərsiniz?
- "İnter” son illər Azərbaycanı mütamadi olaraq avrokuboklarda təmsil edir. Bəli, müxtəlif səbəblər üzündən istədiyimiz nəticələrlə bizi sevindirə bilmir. Komanda intizamlıdır, ancaq hücum potensialı çatışmır. İsveç təmsilçisinə ciddi yanaşmaq lazımdır. "Elfsborq” Azərbaycan təmsilçilərinin digər rəqiblərindən daha güclüdür. İsveç futbolunun əlavə təqdimata ehtiyacı yoxdur.
- Uzun müddətdir "İnter”in hücumçu axtardığını bildirir. Sizə elə gəlmir ki, baş məşqçi Kaxaber Tsxadadze oğlu Baçananın oynaması üçün ona rəqabət yaradacaq futbolçunun gəlişini əngəlləyir?
- Kaxa obyektiv insandır. Onunla birgə işləmişəm. Baçana komandaya gəldikdə çəlimsiz, bir qədər arıq təsir bağışlayırdı. Ancaq onun qeyri-standart düşüncələri gələcəyi barədə nikbin fikir irəli sürməyə əsas verirdi. Hesab edirəm ki, Baçana "İnter”də xeyli inkişaf edib. Bunun üçün uzağa getməyə ehtiyac yoxdur. Məhz "bankirlər”in sıralarında sərgilədiyi futbol onun Gürcüstan millisinə dəvət olunmasına səbəb oldu. Başqa sözlə, düşünmürəm ki, baş məşqçi bilərəkdən hücumçu cəlb etmir. Kaxa maraqlıdır ki, oğluna rəqabət yaratsın. Çünki belədə komandasını irəli apara biləcək. Sadəcə, Baçana yaxşı forma yığıb. Əgər Kaxaber Tsxadadze ona rəqabət yarada biləcək futbolçunu görsəydi, mütləq komandasının rənglərinə qatardı.
Ceyhun ƏLİYEV
Ceyhun ƏLİYEV