"Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin "Sloveniyada udsam da, uduzsam da istefa verəcəyəm” açıqlamasının nədən qaynaqlandığı üzə çıxıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, Hacıyevi bu açıqlamaya klub prezidenti Sadıq Sadıqov vadar edib.
Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında Sloveniya "Koper”indən alınan 1:2 hesablı məğlubiyyətdən sonra Sadıqov baş məşqçiyə yaxınlaşaraq qəzəbli şəkildə "Səfərdə "Koper”i məğlub etsən belə, bir də gözüm səni görməsin” deyib. Klub prezidentinin birmənalı sözlərindən sonra Hacıyev mətbuat konfransında məlum açıqlamasını verib.
İnformasiya ilə bağlı "Neftçi” rəsmilərindən münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, "Koper”lə "Neftçi” arasında cavab görüşü iyulun 24-də Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Ceyhun ƏLİYEV