
Onun sözlərinə görə, Abdullayev seleksiyaçı-məşqçi postuna təyin olunub. Cəfərov dünya çempionunun yığmanın sükanı arxasından kənarlaşdırılma səbəbini də açıqlayıb: "Gənclər arasında keçən il Avropa və dünya çempionatarında əldə edilən nəticələr bir az qənaətbəxş olmadı. Ona görə də federasiya rəhbərliyi tərəfindən məşqçilər korpsuna, gənclərə xəbərdarlıq olundu ki, qısa zamanda bu çatışmazlıqlar aaradan qaldırılmalıdır. Təbii ki, biz onlara vaxt verdik. Təqribən bir ay bundan öncə Avropa birinciliyində 8 çəkidən 2 medal gətirə bildilər. Bu çox acınacaqlı vəziyyət idi. 6 idmançının nəticə verə bilməməsi heç də yaxşı hal deyildi. Əgər bu gün 8 gəncdən 2-si medal qazanırsa deməli, iş düzgün getmir. Belə olanda böyüklərə idmançı ötürmək işi zəifləyir. Ona görə də Abdullayev baş məşqçi vəzifəsindən azad edildi".
Qeyd edək ki, 2003-cü il dünya çempionatının qalibi olmuş Arif Abdullayev olimpiya çempionu Namiq Abdullayevin qardaşıdır.