AZAL-ın ABŞ-dan olan yarımmüdafiəçisi Con Olureminin Sportnet.az saytına müsahibəsi...
- Bu yaxınlarda İspaniya çempionatının "Barselona” – "Vilyarreal” matçında azarkeşlər ev sahibi komandanın futbolçusu Dani Alveşə banan atdılar. Futbolçu isə onu yedi. Əgər Sizə qarşı bu hərəkət edilsəydi, bir qaradərili futbolçu reaksiyanız necə olardı?
- Bilmirəm nə edərdim. O, çox arzuolunmaz bir hadisə idi. Ancaq onu deyə bilərəm ki, mən də eynən Alveş kimi edərdim və oyuna davam edərdim. Mənim irqi ayrıseçkiliklə bağlı təcrübələrim çoxdur. Şərqi Avropadakı karyeramda belə hallarla çox üzləşmişəm.
- Azərbaycanda da?
- Xeyr, Xoşbəxtlikdən Azərbaycandakı karyeramda hər hansı irqi ayrıseçkiliklə qarşılaşmamışam.
- Qarşılaşsanız, nə edərdiniz?
- Bu məsələ vəziyyətdən asılıdır. Cavab lazım gəlsə, cavab verərəm, susmaq, məhəl qoymamaq lazımdırsa, məhəl qoymaram.
- AZAL-dan ayrılmaq fikiriniz var?
- Təkliflərim var. Mövsüm yenicə başa çatıb. Təklifləri dəyərləndirəcəyəm və qərar verəcəyəm.
- Azərbaycan klublarından da təkliflər almısız?
- Hazırda bu barədə danışmaq istəmirəm. Çünki hələ heç nə dəqiqləşməyib.
- Əldə etdiyimiz məlumatlara görə, bizim yerli klublardan sizi transfer etmək istəyənlər var...
- Bayaq da dediyim kimi, hazırda başqa klublar barədə danışmaq üçün düzgün vaxt deyil. Amma bu məlumatlar doğrudur. Başqa klublardan təkliflər almışam. Ancaq hələlik bu təkliflərin haradan olduğu ilə bağlı danışmaq istəmirəm.
- Həmin təkliflər Bakı klublarındandır, yoxsa bölgə? Bununla bağlı nə deyə bilərsiz?
- Mən çempionluq yaşamaq və avrokuboklarda çıxış etmək istəyirəm. Bu AZAL-da da ola bilər, başqa Azərbaycan klublarında da, Avropada da.